Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Venesuela prezidenti ölkədə yeni çevriliş planları barədə xəbərdarlıq etdi
Venesuela Prezidenti Nikolas Maduro ölkə parlamentindəki ifrat sağ müxalifətin yeni bir dövlət çevrilişinə hazırlaşdığını bəyan edib.
O, Monagas ştatındakı tərəfdarları ilə görüşü zamanı hökumət və müxalifətin sülh naminə tarixi bir razılaşmaya nail olduqlarını və demək olar ki, bütün müxalifət liderlərinin bu razılaşmanı imzaladıqlarını vurğulayıb:
"Yalnız oliqarxiyanın iki marioneti imzalamadı. Sizcə niyə onlar seçki komissiyasının qərarlarına və nəticələrinə hörmət etmək barədə razılaşmanı imzalamadılar? Çünki onlar saxtakarlıq barədə bəyanat verməyi planlaşdırırlar. Çünki zorakılıq və dövlət çevrilişi törətmək niyyətindədirlər".
Venesuela liderinə görə, ölkənin sağ müxalifətinin namizədləri Edmundo Qonsales və Enrike Markes, qarşıdan gələn seçkilərdə vahid namizəd onları qane etməyəcəyi təqdirdə iğtişaşlar təşkil etməyə hazırlaşırlar.
Mənbə: Gazeta.ru
"Nikolas Maduro" teqi üzrə xəbərlər
- Maduro "WhatsApp"ı casusluqda ittiham etdi
- Argentina məhkəməsi Venesuela prezidentini İnterpol vasitəsilə beynəlxalq axtarışa verib
- Maduronun seçkidəki əsas rəqibi Venesueladan qaçdı
- Argentina BCM-dən Maduronun həbsinə order verilməsini tələb edir
- Venesuela XİN: "ABŞ-nin Maduronun təyyarəsinə həbs qoyması quldurluqdur"