Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Vatikan diplomatı: "Roma Papası daim Lukaşenkonun işləri ilə maraqlanır"
"Papa Fransisk daim Belarus Prezidenti Aleksandr Lukaşenkonun işləri ilə maraqlanır".
Oxu.Az "Belta"ya istinadən xəbər verir ki, bunu Minskdəki diplomatik missiyasını başa vuran Vatikanın apostol nunsiusu (diplomatı) Ante Yoziç Belarus lideri ilə görüşü zamanı bildirib.
Yoziçin sözlərinə görə, o, hər il Vatikana gələrək Papa Fransisk ilə görüşürdü.
"Mən qapıdan içəri girəndə o deyirdi: "Bəs Lukaşenko necədir?" Salam deyil, məhz "Lukaşenko necədir?" deyə soruşurdu" , - diplomat "Belta"ya açıqlamasında qeyd edib.
Bundan əlavə, o vurğulayıb ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Papa Fransisk arasında müəyyən yaxşı münasibətlər var və bu vacib prinsiplərə əsaslanır.
Qeyd edək ki, Lukaşenko və Papa Fransisk sonuncu dəfə 2016-cı ildə görüşüblər. O zaman Fransisk Belarus liderinə xatirə medalı təqdim edib. Daha sonra Lukaşenko Papa Fransiski Minskə dəvət edib, lakin o, hələ də Belarusa getməyib.
Rəylər