Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
ÜST həyəcan təbili çalır: Dünyanı ölümcül xəstəlik bürüyür
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fövqəladə vəziyyət kimi təsnif edilən vəbanın sürətlə yayılmasına nəzarəti davam etdirir.
Qeyd olunub ki, təkcə 2024-cü ilin yanvar ayında 40,9 min insan ölümcül xəstəliyə yoluxub, onlardan 775-i dünyasını dəyişib.
ÜST-ün məlumatına görə, bakterial infeksiya Afrika, Amerika, Asiya və Şərqi Aralıq dənizi ölkələrində qeydə alınıb. Vəbanın daha çox yayıldığı Zambiya və Zimbabvedə vəziyyət son dərəcədə kritikdir.
2023-cü ildə 700 mindən çox, 2022-ci ildə təxminən 500 min, 2021-ci ildə isə 220 mindən bir qədər çox xəstəlik qeydə alınıb.
Mənbə: life.ru
"Zimbabve" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər