Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ukrayna ordusunun hücümu nəticəsində Rusiya AES-də yanğın baş verib
Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiyanın Enerqodar şəhərini atəşə tutması nəticəsində Zaporojye Atom Elektrik Stansiyasının (AES) soyutma sistemləri qurğusunda yanğın baş verib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Zaporojye vilayətinin qubernatoru Yevgeni Balitski məlumat verib.
"Hazırda stansiyanın bütün altı enerji bloku dayanıb, buxar partlayışı və ya digər təhlükə yoxdur. Atom elektrik stansiyası və Enerqodar şəhəri ətrafında radiasiya fonu normaldır", - o bildirib.
Balitski onu da əlavə edib ki, vəziyyət hakimiyyət orqanlarının nəzarətindədir, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində işləyirlər, yanğın lokallaşdırılır.
AES-in "Telegram" kanalında verilən məlumata görə, yanğın stansiyanın fəaliyyətinə təsir göstərməyib.
Rusiyanın İctimai Palatasının suverenlik, vətənpərvərlik layihələri və veteranlara dəstək məsələləri üzrə komissiyasının sədri Vladimir Roqovun "Telegram" kanalında verdiyi məlumata görə, AES-i vuran kamikadze tipli PUA Dnepropetrovsk vilayətinin Kiyevin nəzarətində olan Nikopol şəhərindən buraxılıb.
Xatırladaq ki, Zaporojye AES-ə sonuncu hücum avqustun 9-da qeydə alınıb. USQ-nin hücumu nəticəsində şəhər qismən işıqsız qalıb.
"Rusiya-Ukrayna müharibəsi" teqi üzrə xəbərlər
- Rusiya Silahlı Qüvvələri "İskəndər"lə Dnepr aerodromunda "MiQ-29"u məhv edib
- Medvedev: "Tramp Ukrayna münaqişəsinə son qoya bilər"
- Sadık Akyar: "Baydenin Ukrayna qərarı dünyanı müharibəyə sürükləyə bilər" - ÖZƏL
- Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanəsilli şəxs öldü
- Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanəsilli hərbçinin nəşi 2 ay sonra tapıldı
Rəylər