Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ukrayna Belqoroda hücum etdi: Ölənlər və yaralananlar var
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod şəhəri və Belqorod vilayətinə endirdiyi zərbə nəticəsində dörd nəfər ölüb, yeddi nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat verib.
Daha əvvəl Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Belqorodun atəşə tutulması zamanı bir nəfərin öldüyü və yeddi nəfərin yaralandığı barədə məlumat vermişdi. Şəhərdəki yaşayış binalarına, ticarət obyektlərinə və minik avtomobillərinə, eləcə də şəhərdə iki fərdi evə birbaşa zərbələr nəticəsində yanğın qeydə alınıb.
Xatırladaq ki, axşam saatlarında Belqorod şəhəri, Belqorod rayonu, Şebekino şəhəri və Şebekino rayonunda raket təhlükəsi elan edilib.
"Belqorod" teqi üzrə xəbərlər
- Belqorodun atəşə tutulması nəticəsində yaralananların sayı artıb
- Belqorodda federal fövqəladə vəziyyət rejimi tətbiq edildi
- Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib
- Bu xəbərləri qaçırmayın: 12.08.2024-ün ən mühüm hadisələri
- Rusiyanın Belqorod vilayətində sərhəddə gərginlik: Sakinlərin təxliyəsinə başlanıldı
Rəylər