Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Türkiyənin Milli Hərbi Dəniz Qüvvələri Şimali Kiprdə parad keçirəcək
İyulun 20-də Kipr Sülh Əməliyyatının 50-ci ildönümü münasibətilə keçiriləcək yubiley tədbirlərində Türkiyə Hərbi Dəniz Donanmasına aid 50 gəminin paradı olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MMN) açıqlama yayıb.
Nazirlik Türkiyənin ilk amfibiya tipli gəmisi "TCG Anadolu"nun da daxil olduğu 50 gəmidən ibarət donanmanın Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) paradda iştirakına dair videoçarx yayımlayıb.
Nazirliyin sosial media hesabında edilən paylaşımında bu ifadələrə yer verilib: "Bu qədər ürəkdən çağırma məni, bir gecə anidən gələ bilərəm. Sülh Əməliyyatının 50-ci ildönümündə Kiprdə türk soydaşlarımızın zülmünə son qoyan qəhrəman ordumuzun şəhid və qazilərini rəhmət və ehtiramla yad edirik. Sabah 50 gəmi ilə baş tutacaq parada bütün kiprli bacı və qardaşlarımızı gözləyirik".
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr Sülh Əməliyyatının 50-ci ildönümü ilə bağlı keçiriləcək tədbirlərdə iştirak məqsədilə Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcək. Səfər zamanı Prezident Rəcəb Tayyib Ərdoğanı Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş və kabinet üzvləri, eləcə də siyasi partiyaların rəhbərləri, nümayəndələri və çoxlu sayda deputat müşayiət edəcək.
Bu kadar yürekten çağırma beni,
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) July 19, 2024
Bir gece ansızın gelebilirim… 🇹🇷
Mutlu Barış Harekâtı’nın 50’nci yılında, Kıbrıs’taki Türk soydaşlarımızın yaşadığı zulme son veren kahraman ordumuzun kahraman şehit ve gazilerini rahmet, minnet ve saygıyla anıyoruz.
Yarın 50 gemiyle… pic.twitter.com/8Uj3bmamEi
Rəylər