Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Türkiyəli deputat "iPhone"a görə İlon Maskı qınadı
Türkiyə parlamentinin Xalq Respublikaçı Partiyasından olan deputatı, sensasiyalı bəyanatları ilə tanınan siyasətçi Mustafa Sarıgül yenidən ictimaiyyətin diqqətini cəlb edib.
Oxu.Az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Məlumata görə, bu dəfə siyasətçi təqdim edilən yeni "Apple" məhsullarının, o cümlədən "iPhone 16", "Airpods 4" və "Apple Watch Series 10"un qiymətlərini tənqid edib.
Sarıgülün sözlərinə görə, "iPhone 16"nın Türkiyədə satış qiyməti 118 000 lirə təşkil edir ki, bu da təxminən 3 500 dollara (təxminən 5 900 manat - red.) bərabərdir. Deputat öz bəyanatında nədənsə ABŞ-li milyarder İlon Maskı tənqid edib: "İlon Mask, bizi aldatma. Türkiyədə bunu kim alacaq, qardaş? Sadəcə rüsvayçılıqdır!"
O bu qiyməti həddindən artıq yüksək və ölkə əhalisinin əksəriyyəti üçün əlçatmaz hesab edir.
Lakin sosial şəbəkə istifadəçiləri tezliklə deputatın səhvini istehza ilə qeyd ediblər: "Kimsə cənab Sarıgülə desin ki, İlon Maskın "Apple"a heç bir aidiyyəti yoxdur".
Qeyd edək ki, İlon Mask "Tesla" və "SpaceX" şirkətlərinin sahibidir. "Apple"ı hələ 1976-cı ildə Stiv Cobs və Stiv Voznyak təsis ediblər və hazırda şirkətə Tim Kuk rəhbərlik edir.
"İlon Mask" teqi üzrə xəbərlər
- İlon Maskın sərvəti rekord qırdı
- İlon Maskın "Tesla" elektrokarları ABŞ-də ən təhlükəli avtomobil kimi tanındı
- Trampın vəzifəyə təyin etdiyi İlon Mask: "Bir çox qərarlar məndən xəbərsiz qəbul olunur"
- "Starship" altıncı sınaq uçuşunu başa vurdu: Platforma sürətləndiricini tuta bilmədi
- Mask Sorosa qarşı: ABŞ-nin yeni pandemiyaya hazırlığı barədə milyarderlərin "döyüşü"
Rəylər