Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Türkiyədə üç şəhərin rəhbəri terror təşkilatları ilə əlaqələrinə görə həbs olundu
Türkiyədə Mardin, Batman və Halfeti şəhərlərinin rəhbərləri vəzifələrindən uzaqlaşdırılıblar və həbs olunublar.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi xəbər verib.
Qərarın əsas səbəbi kimi bələdiyyə başçılarının terror təşkilatları ilə əlaqələri və terror təşkilatı təbliğatı aparmaları göstərilir.
Bildirilir ki, "Kobani işi" çərçivəsində "silahlı terror təşkilatına üzv olma" maddəsi ilə Mardin Böyükşəhər Bələdiyyə sədri Əhməd Türk 10 il, Batman Bələdiyyə sədri Gülistan Sönük 6 il 3 ay və Şanlıurfa Halfeti Bələdiyyə sədri Mehmet Karayılan 6 il 3 ay 15 gün həbs cəzasına məhkum ediliblər.
"Türkiyədə terrorizm" teqi üzrə xəbərlər
- TUSAŞ-a dəhşətli terror hücumunda 12 minlik qanlı yol: Yeni görüntülər ortaya çıxdı
- Türkiyə hava limanlarında terror təhlükəsi səviyyəsi artırılıb
- Türkiyə, İraq və Suriyada 19 terrorçu məhv edildi - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ
- Türkiyədə qırmızı bülletenlə axtarılan terrorçular məhv edildilər
- Ərdoğan yeni antiterror əməliyyatlarının anonsunu verdi