Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Türkiyədə şəhər merinə 19,5 illik həbs cəzası verildi
Türkiyədə mart ayında keçirilən bələdiyyə seçkilərində respublikanın cənub-şərqində yerləşən Hakkari şəhərinin bələdiyyə sədri seçilən Mehmet Sıddık Akış məhkəmə tərəfindən terrorizmdə təqsirli bilinərək 19,5 il müddətinə azadlıqdan məhrum edilib.
O, silahlı terror qruplaşmasına rəhbərlik etməkdə günahlandırılıb. Prokurorlar ilkin olaraq Akış üçün 15 ildən 22,5 ilədək həbs cəzası istəyiblər.
Hakkari valisi Əli Çelik respublika Daxili İşlər Nazirliyinin əmri ilə bələdiyyə sədrinin səlahiyyətlərini icra edən şəxs təyin edilib.
Qeyd edək ki, iyunun 3-də Akış terrorçu Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqəsi üzrə aparılan istintaq çərçivəsində vəzifəsindən uzaqlaşdırılaraq saxlanılıb.
Mənbə: TRT
"PKK" teqi üzrə xəbərlər
- TUSAŞ-a dəhşətli terror hücumunda 12 minlik qanlı yol: Yeni görüntülər ortaya çıxdı
- PKK Ankaradakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
- Türkiyədə PKK-ya qarşı əməliyyatlar: Qırmızı bülletenlə axtarılan terrorçu öldürüldü
- Türkiyədə törədilən terrorla bağlı ehtimallar böyüyür
- PKK-nın təhlükəli terrorçusu zərərsizləşdirildi