Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Tonqa vulkanında son min ilin ən güclü püskürməsi olub – VİDEO
Oklend Universitetinin professoru, vulkanoloq Şeyn Kroninin bildirib ki, Sakit Okeanda Hunqa-Tonqa-Hunqa-Haapay sualtı vulkanının püskürməsi bu vulkanın eramızın 1100-cü ilindən bəri ən güclü püskürməsi ola bilər.
Kronin “The Conversation” portalında dərc olunan məqaləsində qeyd edib ki, alimlərin gəldiyi nəticəyə əsasən, böyük püskürmələr təxminən hər min ildən bir baş verir.
“Sonuncu belə püskürmə eramızın 1100-cü ilində baş verib. Bu faktı nəzərə alaraq, yanvarın 15-də baş verən püskürməni də böyük hesab etmək olar. Əvvəlki püskürmələrlə bağlı araşdırmamız göstərir ki, bu, vulkanın min ildə bir dəfə yarada biləcəyi ən güclü partlayışlardan biridir”, - deyə Kronin əlavə edib.
Mənbə: “RİA Novosti”
"Tonqa" teqi üzrə xəbərlər
- Tonqa sahillərində güclü zəlzələ olub
- Tonqalın düzgün qurulmadığına irad bildirdi, xəstəxanalıq oldu
- Azərbaycanda universal poçt rabitəsi xidmətləri üzrə tariflər təsdiq edilib - CƏDVƏL
- Bakıda restorandan 85 min manatlıq ət oğurlamaqda təqsirləndirilən kababçıya hökm oxunub
- 1000 ilin ən güclü vulkan püskürməsi ozon təbəqəsini məhv edib - FOTO
Rəylər