Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dələduzluqda ittiham olunan tanınmış azərbaycanlı vəkillə bağlı yeni DETAL
Dələduzluqda ittiham olunan keçmiş vəkil Elman Paşayev əvvəllər altı dəfə öz statusundan məhrum edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya Ədliyyə Nazirliyinin vəkillər reyestrindən bildirilib.
Elman Paşayev vəkil kimi altı dəfə - Krasnodar diyarında, Moskvada iki dəfə, Yamalo-Nenets Muxtar Dairəsində və Şimali Osetiyada iki dəfə qeydiyyatdan keçib. Bütün regionlarda onun vəsiqəsinin fəaliyyəti dayandırılıb.
Hazırda vəkilin qüvvədə olan statusu yoxdur.
Qeyd edək ki, Paşayevə qarşı Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə iri miqyasda dələduzluq) ilə cinayət işi açılıb. O, Moskvada saxlanılıb.
Keçmiş vəkil Elman Paşayev dələduzluq işi üzrə 10 il müddətinə həbs oluna bilər.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, hərbi istintaq tərəfindən Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ilə (xüsusilə iri məbləğdə dələduzluq) cinayət işi açılıb.
Bu maddədə 1 milyon rubladək cərimə ilə birlikdə 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
İstintaq müəyyən edib ki, Paşayev 2024-cü ilin fevralında Moskvada Aleksey Blinovski ilə şəxsi görüşdə onu inandırıb ki, böyük məbləğdə pul müqabilində Blinovski və həyat yoldaşı Yelenaya qarşı əvvəllər açılmış vergi ödəməmə işi üzrə cinayət məsuliyyətindən azad edə bilər. Paşayev saxlanılıb, hazırda onun barəsində qətimkan tədbirinin seçilməsi məsələsi həll olunur.
Rusiya "Telegram" kanallarının məlumatına görə, keçmiş vəkil Aleksey Blinovskidən 1 milyon rubldan çox pul alıb.
Qeyd edək ki, Elman Paşayevin həbs olunmasının görüntüləri də yayılıb.
Həmin görüntüləri təqdim edirik:
Rusiyada tanınmış azərbaycanlı hüquqşünas, keçmiş vəkil Elman Paşayev Moskvada dələduzluq işi ilə bağlı saxlanılıb. O, pul müqabilində Aleksey və Yelena Blinovskiləri vergi ödəməməyə görə cinayət məsuliyyətindən azad etməyi vəd edib.
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin (İK) rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
"İK-nın hərbi istintaq orqanları tərəfindən keçmiş vəkil Elman Paşayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə nəzərdə tutulmuş cinayət əlamətləri üzrə cinayət işi açılıb", - deyə o bildirib.
İstintaq müəyyən edib ki, Paşayev 2024-cü ilin fevralında Moskvada Aleksey Blinovski ilə şəxsi görüş zamanı onu inandırıb ki, külli məbləğdə pul müqabilində Blinovski və onun həyat yoldaşı Yelenaya qarşı əvvəllər açılmış vergi ödəməmə işi üzrə cinayət məsuliyyətindən azad edə bilər. Paşayev Blinovskidən pul alıb.
E.Paşayevin barəsində qətimkan tədbiri seçilməsi məsələsi həll olunur. Paşayev qəza törədərək bir nəfərin ölümünə səbəb olan aktyor Mixail Yefremovun vəkili kimi tanınıb. Sonradan o, vəkillik statusundan məhrum edilib. O zaman Paşayev barəsində Yefremovun məhkəməsində yalan ifadə verən şahidlərlə bağlı yoxlama aparılırdı.
"Elman Paşayev" teqi üzrə xəbərlər
- Keçmiş vəkil Elman Paşayevin həbs müddəti uzadılıb
- Elman Paşayevin işi ilə əlaqədar Donetskdə öz əməkdaşı saxlanılıb
- Keçmiş vəkil Elman Paşayevə qarşı ittiham irəli sürüldü: Xüsusilə külli miqdarda dələduzluq
- Məhkəmə Elman Paşayev barədə qərar qəbul etdi
- Elman Paşayevlə bağlı yeni fakt: Səfərbər olan məhbuslara pul qarşılığında nə təklif edirdi?
Rəylər