Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Somalidəki toqquşmalarda 100 nəfər ölüb
Somalinin Somalilend bölgəsinin Las Anod şəhərində son iki həftə ərzində əhali ilə təhlükəsizlik qüvvələri və ordu hissələri arasında baş verən toqquşmalarda azı 100 nəfər ölüb. Bu barədə çərşənbə günü Las Anod şəhər xəstəxanasının həkimi İsmael Mohamud Hadci məlumat yayıb.
“Son iki həftə ərzində 600-ə yaxın xəstəni xəstəxanaya yerləşdirdik, onlardan yüz nəfəri öldü”, - deyə o bildirib.
Xatırladaq ki, Las Anodda böyük iğtişaşlar ötən ilin dekabrında məşhur yerli siyasətçi Abdifatah Abdulli Hadravinin öldürülməsinə etiraz olaraq başlayıb. Sakinlər kütləvi şəkildə Las Anod küçələrinə çıxaraq cinayətkarların tapılıb cəzalandırılmasını tələb ediblər.
Yanvarda vəziyyət ümumilikdə sabitləşsə də, bu ay yenidən gərginləşib. Las Anodda ardı-arası kəsilməyən toqquşmalar 17-ci gündür ki, davam edir. Dövlət hakimiyyəti keçən həftə atəşkəs elan edib və ordu hissələrini şəhərdən çıxarıb. Lakin bu, etiraz hərəkatının azalmasına səbəb olmayıb.
Somalilend dünya birliyi tərəfindən Somalinin bir hissəsi kimi tanınır, lakin bölgə hakimiyyəti 1991-ci ilin yazında birtərəfli qaydada dövlət suverenliyini elan edib.
Mənbə: TASS
Rəylər