Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Slovakiyanın baş nazirinə sui-qəsd edən şəxslə bağlı qərar verildi
Slovakiyada məhkəmə ölkənin Baş naziri Robert Fitsoya qarşı sui-qəsddə ittiham olunan müxalif "Proqressiv Slovakiya" partiyasının tərəfdarı, yazıçı Yuray Sintulanın polis nəzarəti altına alınması ilə bağlı qərar verib.
Bu barədə Slovakiyanın "Pravda" nəşri məlumat yayıb.
"Slovakiya məhkəməsi Baş nazir Fitsonun həyatına sui-qəsd edən şəxs barəsində nəzarət qətimkan tədbiri seçib", - deyə məlumatda bildirilib.
Nəşr əlavə edib ki, Yuray Sintulanın nəzarət altında saxlanılmasına səbəb onun qaçması və cinayət fəaliyyətini davam etdirməsi ehtimalı olub.
Xatırladaq ki, mayın 17-də Yuray Sintula Handlovda Slovakiya Milli Şurasının iclasından çıxarkən Baş nazir Robert Fitsoya silahlı hücum edib. Sintula Fitsonu ov tüfəngi ilə vurub. Sintula baş nazirə hücumda günahını etiraf edib.
"Robert Fitso" teqi üzrə xəbərlər
- Ukraynanın "qələbə planı" və nüvə dilemması: "Silahı verirlər, vurmağa qoymurlar"
- Slovakiyanın baş naziri: "Qərb Rusiyanı diz çökdürmək istəyir"
- Slovakiyada mayda güllələnən baş nazirə içərisində güllə olan zərf göndərildi
- Aleksandar Vuçiç sui-qəsdlə üzləşə bilər
- Slovakiyanın baş naziri: "Sui-qəsd ssenariləri oxşardır"
Rəylər