Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
SAXAL İsrailə raket hücumlarına görə məsul olan "Hizbullah" komandirini məhv edib
İsrail ordusu Livanda İsrailə raket hücumlarına görə məsul olan "Hizbullah"ın regional komandirini məhv edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) xəbər yayıb.
Bildirilir ki, Hərbi Hava Qüvvələri El-Xiyam sərhəd bölgəsində "Hizbullah" qüvvələrinin komandiri Hüseyn Əbd əl-Həlim Hərbi məhv edib.
"O, Qalileyadakı yaşayış məntəqələrinə, xüsusilə Metula rayonuna çoxsaylı raket hücumuna rəhbərlik edib", - deyə ordunun mətbuat xidmətinin məlumatında deyilir.
Yeri gəlmişkən qeyd edək ki, dünən Beyrutun cənubundakı yaşayış binası İsrail hücumuna məruz qalıb.
"Azad İran" "Telegram" kanalının Livan dövlət mediasına istinadla məlumatına görə, Beyrutun cənubunda yerləşən Ciyə sahil rayonuna hücum nəticəsində bir neçə nəfər xəsarət alıb.
"İsrail Müdafiə Ordusu (SAXAL)" teqi üzrə xəbərlər
- İsrail ordusu "Hizbullah"ın raket bölməsinin komandirini məhv etdi
- İsrail son 24 saatda "Hizbullah" və HƏMAS-ın 120-dən çox hədəfinə hücum edib
- İsrail Livanda quru əməliyyatının ikinci mərhələsinə başlayıb
- İsrailin yeni müdafiə nazirindən AÇIQLAMA: "HƏMAS və "Hizbullah" darmadağın olub"
- İsrail Livandakı əməliyyatları genişləndirə bilər
Rəylər