Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiyalı nazir qəzaya düşdü: Vəziyyəti ağırdır
Rusiyanın Kamçatka diyarının səhiyyə naziri Aleksandr Qaşkov qəzaya düşüb.
Bu barədə regional hökumət orqanlarından məlumat verilib.
Məlumata görə, həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
İlkin məlumata görə, qəza Naçiki-Kavalerskoye-Ust-Bolşeretsk avtomobil yolunun bir hissəsində baş verib. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunublar.
Məlumat verilib ki, iki avtomobilin toqquşması nəticəsində xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.
Səhiyyə naziri ilə birlikdə avtomobildə Kamçatka diyarı Səhiyyə Nazirliyinin Səhiyyənin İnkişafı Departamentinin rəis müavini Denis Fedotov da olub. Qəza nəticəsində Aleksandr Qaşkovun qabırğaları və çanaq sümükləri sınıb. Nazirin olduğu xidməti avtomobilin sürücüsü, eləcə də Denis Fedotov yüngül bədən xəsarətləri alıblar.
Mənbə: TASS
Rəylər