Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rusiyalı hərbçinin qisası ağır oldu: Xidmət yoldaşlarını güllələdi
Rusiyada Belqorod vilayətindəki hərbi yerləşmə məntəqəsində atışma baş verib, ölənlər var.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Baza" öz "Telegram" kanalında məlumat yayıb.
Hücum edən Çuvaşiyadan gələn Aleksey adlı 29 yaşlı hərbçi olub.
O, iki nəfəri öldürüb və bir nəfəri yaralayıb, sonra isə hadisə yerindən qaçıb.
İlkin məlumata görə, Aleksey xidmət yoldaşlarından təhqirlərə görə qisas alıb. İstintaqçılar hələlik bu versiyanı digərləri arasında prioritet hesab edirlər.
Hərbçinin atəş açması və qaçmasından sonra əməliyyata Qrayvoron rayonunda "ələkeçirmə" planı tətbiq edilib, bir saatdan sonra isə bu plan bütün region ərazisinə genişləndirilib. Əməliyyatçılar, həmçinin Alekseyin Ukraynanın Sum vilayəti istiqamətində qaça biləcəyini istisna etmirlər. Hazırda onun axtarışı davam edir.
"silahlı insident" teqi üzrə xəbərlər
- Nyu-Orleanda qanlı parad: Avtomobildən izdihama atəş açıldı
- Lerikdə polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
- Omanın paytaxtında məscidin yaxınlığında silahlı insident: Azı dörd nəfər həyatını itirib
- Silahlı insidentdə qətlə yetirilən polisin bacısı: "Subay idi, toyunu etmək istəyirdik"
- Bakıda silahlı insident: Tapança ilə qətlə yetirilən var
Rəylər