Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Silahlı insidentdə qətlə yetirilən polisin bacısı: "Subay idi, toyunu etmək istəyirdik"
Qətlə yetirilən polis serjantı Mirəli Heydərovun ailəsi Baku TV-yə danışıb.
Anası Nailə Heydərova sonuncu dəfə oğlunu Qurban bayramında gördüyünü deyib:
"Qurban bayramında burada idi. "Niyə gəlmisən, ay Mirəli? Sən işini işlə, gəlmə" dedim. Səhər oyadıb işə göndərdim. Mən nə bilim başıma belə iş gələcək".
"Mirəlinin bütün arzuları ürəyində qaldı. Subay idi. Evləndirmək, toyunu etmək istəyirdik. Məni çox istəyirdi. Gözəl qardaş idi", - bacısı Səadət Babaşova deyib.
Ətraflı süjetdə:
Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polis kapitanı Eldəniz Məmmədov Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib.
Dəfn mərasimində polis kapitanının ailə üzvləri, doğmaları, Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər.
"Balaca qardaşım dedi ki, ürəyimə damıb, Eldənizlə bağlı problem var. Əlaqə saxlamağa çalışdıq, zəng çatmadı. Sonra hadisə barədə məlumat aldıq. Çox ürəkli oğlan idi. Eldənizdən geriyə iki balası qaldı", - deyə qardaşı Elmir Məmmədov Baku TV-yə açıqlamasında bildirib.
"Rövşəni uşaqlıqdan tanıyıram. Əvvəllər məhkumluq həyatı yaşadığını bilirdim. Bir il əvvəl öyrəndim ki, imkanlı bir adamın külli miqdarda pulunu da oğurlayıb".
Bunu Bakıda keçirilən əməliyyat zamanı üç polis əməkdaşını qətlə yetirən Rövşən Allahverdiyevin qonşusu Ramiz İbrahimzadə deyib.
"Rövşənin axtarışda olduğunu bilmirdim. Atası içki aludəçisi idi. Özü də imkanlı adamların həyətlərində işləyirdi. Özünü elə aparırdı ki, sanki yer üzündə ondan yaxşısı yoxdur. Rola girib kiminsə mal-mülkünə göz dikirdi. Bildiklərimi həmin adamlarla yaxınlığım olmadığı üçün onlara deyə bilmirdim", - deyə qonşu əlavə edib.
Ətraflı Baku TV-nin süjetində:
Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində baş verən silahlı insidentlə bağlı yeni detallar məlum olub.
Axar.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, əməliyyat zamanı Rövşən Allahverdiyev anasının arxasında gizlənib və "Lancaster" ov tüfəngini onun çiyninə qoyaraq, polisləri nişan alıb.
Polis əməkdaşları cinayətkarın ailəsi və anasının xəsarət alma ehtimalını nəzərə alaraq, silahları yerə qoyub və öz anasından girov kimi istifadə edən R.Allahverdiyevlə danışmağa cəhd göstəriblər. R.Allahverdiyev isə bu məqamdan istifadə edərək, silahlarını artıq yerə qoyan polislərə atəş açıb və onları qətlə yetirib.
Yalnız ailəsi və anası təhlükəsizlikdə olandan sonra digər polis əməkdaşları R.Allahverdiyevi məhv ediblər.
Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində keçirilən əməliyyat zamanı həlak olan polis serjantı Mirəli Heydərovun cənazəsi Kürdəmir rayonunda torpağa tapşırılıb.
Oxu.Az xəbər verir ki, M.Heydərov Kürdəmir rayonunun Cəyli kəndindəki qəbiristanlıqda dəfn edilib.
Qeyd edək ki, Mirəli Füzuli oğlu Heydərov 1996-cı ildə Kürdəmir rayonunun Cəyli kəndində anadan olub. 2020-ci ildən etibarən Daxili İşlər Nazirliyi (DİN) Çevik Polis Alayında xidmət edib. O, subay olub.
Xəzər rayonu Şüvəlan qəsəbəsindəki insidentdə üç polis əməkdaşını qətlə yetirən Rövşən Allahverdiyevlə bağlı bəzi detallar məlum olub.
APA TV-yə danışan R.Abdullayevin qonşularından biri vurğulayıb ki, həmin şəxsin atası və anası Şüvəlan qəsəbəsində yaşayıblar:
"Onu bir-iki dəfə görmüşəm, atası rəhmətə gedib".
Qonşulardan digəri isə bildirib ki, əməliyyat zamanı məhv edilən R.Abdullayevin üç övladı var.
Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polis kapitanı Eldəniz Məmmədov Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə polis kapitanının ailə üzvləri, doğmaları, Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə cənazə namazı qılınıb. Daha sonra Eldəniz Məmmədov yaylım atəşi altında torpağa tapşırılıb. Polis kapitanının ruhuna dualar oxunub, məzarı üzərinə tər güllər düzülüb, əklillər qoyulub.
Kapitanın tabutunun büküldüyü üçrəngli Dövlət Bayrağı övladlarına verilib.
Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polislərdən biri, polis serjantı Mahir Ağayev dəfn olunub.
Oxu.Az xəbər verir ki, o, Binə qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polislərdən biri, polis serjantı Mahir Ağayev dəfn olunur.
Baku TV dəfn mərasimindən canlı yayıma çıxıb.
Qeyd edək ki, M.Ağayev Binə qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq.
Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polislərin dəfn olunacaqları yer bəlli olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis kapitanı Eldəniz Məmmədov paytaxtın Bakıxanov qəsəbəsində, polis serjantı Mahir Ağayev Binə qəsəbəsində, polis serjantı Mirəli Heydərov Kürdəmir rayonunun Cəyli kəndində dəfn ediləcək.
Almaz Qasımova
Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polislərlə vida mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, vida mərasimində Daxili İşlər Nazirliyinin rəhbərliyi və şəxsi heyəti iştirak edib.
Həlak olan polis əməkdaşları - polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərov bu gün torpağa tapşırılacaq.
Xəzər rayonu Şüvəlan qəsəbəsindəki insidentdə üç polis əməkdaşını qətlə yetirən Rövşən Allahverdiyev bir müddət əvvəl Türkiyədən ölkəyə qayıdıb.
Bununla bağlı Gününsəsi.info məlumat yayıb.
Bildirilib ki, onun evində olmasına dair məlumatdan sonra polis əməkdaşları onun mənzilinə gediblər.
Əvvəlcə polislərlə normal danışan Rövşən Allahverdiyev paltarını dəyişmək adıyla mənzilinə daxil olub və oradan ov tüfəngini götürərək qarşısındakıları güllələyib.
Onun növbəti hədəfi isə səs-küyə gələn qonşusu olub. Belə ki, Rövşənin atdığı növbəti güllə qonşusunun da həyatına son qoyub.
Oxu.Az-ın məlumatına görə, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində silahlı insidentdə həlak olan polis əməkdaşları - polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərovla vida mərasimi keçirilir.
İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində silahlı insidentin baş verdiyi ərazidən görüntülər yayılıb.
Baku TV-nin hadisə yerindən hazırladığı reportajı təqdim edirik:
İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsindəki silahlı insidentdə üç polis əməkdaşını qətlə yetirən 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev axtarışda olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Rövşən Allahverdiyevlə bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi açılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinin 2.1, 2.2, 3.4-cü hissələri ilə ittiham irəli sürülüb.
Həmin şəxsin fotosunu təqdim edirik:
İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsindəki silahlı insidentlə bağlı bəzi detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, cinayətkar, 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev hadisə zamanı ailə üzvlərini - həyat yoldaşını, uşaqları irəli verib, onların arxasından polis əməkdaşlarına atəş açıb. Polis əməkdaşları o anda silah tətbiq etməyiblər ki, günahsız insanlar, uşaqlar qurban olmasınlar, özlərini fəda ediblər.
Sonra polis əməkdaşları cinayətkarı zərərsizləşdirməklə məhv ediblər.
İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsindəki silahlı insident zamanı qətlə yetirilən polis əməkdaşlarının kimlikləri məlum olub.
Oxu.Az xəbər verir ki, bunlar polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərovdur.
Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilib.
Məlumata görə, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək "Lancaster" markalı ov silahından atəş açaraq üç polis əməkdaşını və bir mülki vətəndaşı qətlə yetirib.
Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
"Polis qətli" teqi üzrə xəbərlər
- Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib
- Polislər haqqında mənfi rəy yaratmağa çalışanların məqsədi ictimaiyyəti çaşdırmaqdır - RƏY
- Azərbaycanda bir gecədə üç polisin qətlə yetirilməsi ilə bağlı YENİ FAKTLAR
- Həlak olan polis serjantının atası: "Xəstəxanada mühafizədən oğlumu soruşdum, morqu göstərdi"
- Bakıdakı silahlı insidentdə qətlə yetirilən polis serjantı Mahirin nişanından GÖRÜNTÜLƏR