Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rusiyada uşaq sahibi olmayanlar vergi ödəyə bilərlər
Rusiyada uşaq sahibi olmayanlar vergi ödəmək məcburiyyətində qala bilərlər.
Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu təşəbbüslə Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulyov çıxış edib.
O, Sovet İttifaqı dövründə mövcud olan uşaqsızlıq vergisinin qaytarılmasını istəyib. Deputatın fikrincə, bu təkcə ölkə büdcəsini doldurmağa imkan verməyəcək, həm də rusiyalıları ailə qurmağa və övlad sahibi olmağa həvəsləndirəcək.
"Kişidən bu həyatda nə qalır? Sabah səni "ayaqlarını qabağa uzadıb" apardılar, səndən nə qalacaq? Birincisi - ad, ikincisi - uşaqlar. Qalan heç nə ümumiyyətlə heç kimi maraqlandırmır", - deyə Qurulyov vurğulayıb.
Deputat, həmçinin uşaqsızlıq vergisindən əldə edilən vəsaitin Rusiyadakı uşaq evlərinin modernləşdirilməsinə yönəldilməsini təklif edib.
Bundan əlavə, Andrey Qurulev "childfree" (şüurlu şəkildə uşaq sahibi olmamaq istəyi - red.) ideologiyasının qadağan edilməsi ideyasını dəstəkləyib. Deputatın fikrincə, belə bir mövqe ənənəvi ailə dəyərlərinə ziddir və ölkədəki demoqrafik vəziyyətə mənfi təsir göstərə bilər.
Xatırladaq ki, bundan əvvəl Rusiya Dövlət Dumasının deputatı Dmitri Kuznetsov da Rusiyanın ailə qanunvericiliyinə dəyişikliklər etmək təşəbbüsü ilə çıxış edib. Parlamentarinin təklifinə görə, valideynlərin boşanması zamanı 8 yaşdan yuxarı oğlanlar atalarına verilməlidirlər.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Rusiyanın hava hücumundan müdafiə sistemləri iki "Storm Shadow" raketini vurub
- Rusiya Azərbaycan və Ermənistan parlament sədrləri üçün platforma təqdim etməyə hazırdır
- Rusiya millisinin sabiq futbolçusu silahlı hücuma məruz qalıb
- Filipp Kirkorov axtarışa verildi