Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiyada tezliklə təkcə "YouTube" deyil, "Google", "Android" və "iOS" da bloklanacaq
Rusiyada tezliklə təkcə "YouTube" deyil, Google, Android və iOS da bloklanacaq.
Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Dumasının deputatı Aleksey Didenko runews24 portalı ilə söhbətində bildirib.
Deputat vurğulayıb ki, dövlət qulluqçularına və məmurlara, xüsusilə məxfi məlumatlara çıxışı olanlara çoxdan bu platformalardan istifadə etmək qadağan edilib.
Xatırladaq ki, Kreml rusiyalılar üçün "YouTube"u tamamilə bağlamağı planlaşdırır. Bildirilib ki, bloklanma prosesi iki mərhələdə həyata keçiriləcək: oktyabr ayına qədər videohostinqin işinin yavaşladılması və sonra isə tam bloklanma. O da vurğulanır ki, qərar siyasi xarakter daşıyır və "YouTube" administrasiyasına qarşı yönəlib.
Rəylər