Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rusiya XİN: "Avropa Şurasına qayıtmağımız mümkün deyil"
"Rusiyanın Avropa Şurasına qayıtması mümkün deyil".
Bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin İnsan Hüquqları üzrə Çoxtərəfli Əməkdaşlıq Departamentinin direktoru Qriqori Lukyantsev çıxış edib.
"Bu, tamamilə hipotetik (reallıqdan çox uzaq - red.) bir vəziyyətdir, çünki bu, hüquqi baxımdan mümkün deyil. Oraya qayıtmaq fikri heç yaranmır da, çünki bu mümkün deyil".
Rusiyalı diplomatın sözlərinə görə, əgər ölkə Avropa İnsan Hüquqları Konvensiyasına üzv olmasa, onun Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasında olması mümkün deyil.
O qeyd edib ki, Rusiyanın Avropa Şurasından çıxması ilə bağlı şərait təşkilat tərəfindən çoxsaylı, o cümlədən prosessual pozuntularla müşayiət olunub.
Mənbə: İzvestiya
"Avropa Şurası" teqi üzrə xəbərlər
- Avropa Parlamenti Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
- XİN AŞ-nin Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının rəyinə münasibət bildirib
- Avropanı Azərbaycana möhtac edən səbəblər - Bakı özünü bütün dünyaya sübut etdi
- Avropa Şurası Gürcüstanın Aİ-yə gedən yolunu başa vurduğunu elan edib
Rəylər