Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rusiya Federasiya Şurasına sədr seçildi
Rusiyada senatorlar Valentina Matviyenkonu yenidən Federasiya Şurasının sədri seçiblər.
Bu barədə Oxu.Az İnterfaks.ru-ya istinadən xəbər verir.
Məlumata görə, qərar Federasiya Şurasının payız sessiyasının ilk iclasında səsvermə yolu ilə qəbul edilib.
Qeyd edək ki, Matviyenko 2011-ci ildən Sankt-Peterburqdan senator və Federasiya Şurasının sədri vəzifələrini icra edir. 2024-cü ilin sentyabrında onun üçüncü səlahiyyət müddəti başa çatırdı.
"Rusiya Federasiya Şurası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər