Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rusiya ATƏT PA-da iştirakını dayandırıb
Rusiya Federasiya Şurası plenar iclasda ATƏT Parlament Assambleyasının (PA) işində Rusiya nümayəndə heyətinin iştirakının dayandırılması haqqında bəyanatı yekdilliklə qəbul edib.
Bəyanatı 164 senator dəstəkləyib.
Qəbul edilmiş bəyanatda deyilir:
"Rusiya senatorları və Dövlət Dumasının deputatları Rusiya Federal Məclisinin nümayəndə heyətinin ATƏT PA-da iştirakını, həmçinin ATƏT PA büdcəsinə ödənişlərini dayandırmağı əsaslı və qanunauyğun hesab edirlər. İştirakın dayandırıldığı dövrdə assambleyanın prosedur qaydalarına Rusiya nümayəndə heyətinə zərər vermək məqsədi daşıyan hər hansı dəyişikliklərin edilməsi hüquqi cəhətdən etibarsız hesab ediləcək".
Federasiya Şurasının sədri Valentina Matviyenko bəyanatın təcili olaraq ATƏT PA-ya göndərilməsini tapşırıb.
"Senatorların səsverməsindən dərhal sonra ATƏT PA-ya teleqram göndərilməsini xahiş edirəm", - deyə o bildirib.
Bəyanat hazırda Dövlət Dumasında da müzakirə olunur.
Rəylər