Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ATƏT/DTİHB Аzərbaycanda parlament seçkisi üçün iştirakçı ölkələrdən 300-dən çox müşahidəçi istəyib
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) iştirakçı ölkələrdən Azərbaycanda növbədənkənar parlament seçkisi üçün 300-dən çox müşahidəçi istəyib.
"Report"a bu barədə diplomatik mənbələrdən bildirilib.
Məlumata görə, uzunmüddətli missiyası üçün 30, qısamüddətli missiya üçün 280 müşahidəçi istənilib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla sentyabrın 1-nə növbədənkənar seçki təyin edilib.
"Növbədənkənar parlament seçkisi - 2024" teqi üzrə xəbərlər
Ən çox oxunanlar