Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Renault" konserninə məxsus yeni "Dacia Bigster" krossoveri təqdim edildi
"Renault" konserninə məxsus "Dacia" brendi "Bigster" krossoverini təqdim edib.
Bu barədə Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir.
B seqmentinə aid olan "Dacia Duster"dən fərqli olaraq, dizayn baxımından oxşar olan yeni "Dacia Bigster" C seqmentinə daxil olacaq.
"Yeni "Bigster" standart olaraq 17 və ya 18 düymlük yüngül lehimli disklərlə təchiz edilib, qrafik dizaynlı 19 düymlük disklər isə "Journey" top komplektasiyasında opsiya kimi təqdim olunur.
Daha yüksək komplektasiyalarda müştərilər qara rəngə tavan seçə bilərlər", - deyə "Dacia"nın relizində qeyd olunub.
Avtomobil "Duster" kimi, "CMF-B" platformasında qurulub. Ümumi gücü 155 at qüvvəsi olan hibrid elektrik sistemi, 107 at qüvvəsində benzin turbomühərriki və 50 at qüvvəsində starter-generatoru ilə təchiz edilib. "Bigster" üçün, həmçinin 140 at qüvvəsində benzin turbomühərriki və onun qaz versiyası da mövcuddur.
Avtomobil 2025-ci ilin əvvəlində 25 min avrodan aşağı olmayaraq satışa çıxarılacaq.
Rəylər