Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə səfər etdi - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.
Ərdoğanı Dubay Beynəlxalq Hava Limanında BƏƏ-nin iqtisadiyyat naziri Abdullah bin Tuk əl-Mari, Türkiyənin Əbu-Dabidəki səfiri Tuqay Tunçer, Dubayın baş konsulu Onur Şaylan və digər rəsmi şəxslər qarşılayıblar.
Rəcəb Tayyib Ərdoğanı səfərdə xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinədarlıq və maliyyə naziri Mehmet Şimşek, milli müdafiə naziri Yaşar Güler, səhiyyə naziri Fahrettin Koca, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır və ticarət naziri Ömer Bolat müşayiət edib.
Səfər çərçivəsində Ərdoğan “Gələcəyin hökumətlərini formalaşdırmaq” mövzusu üzrə keçiriləcək Dünya Hökumətlər Zirvəsinə fəxri qonaq qismində qatılacaq.
Müxtəlif ölkələrdən dövlət və hökumət rəsmilərini, beynəlxalq təşkilatları, özəl sektoru, akademik dairələri, vətəndaş cəmiyyətlərini, beyin mərkəzlərini, media nümayəndələrini və iş adamlarını bir araya gətirəcək sammitdə Rəcəb Tayyib Ərdoğan əsas məruzəçi kimi çıxış edəcək.
Türkiyə prezidentinin, həmçinin BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan və iştirakçı ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Mənbə: TRT Haber
"Birləşmiş Ərəb Əmirlikləri" teqi üzrə xəbərlər
- Dubayda dünyanın ən böyük qızıl külçəsi təqdim olunub
- Sudan BƏƏ ilə 6 milyard dollarlıq müqaviləni ləğv edib
- Dubayda eni mənzil ölçüsündə olan nazik göydələn tikiləcək
- Futbolçu karyerasını bitirən Andres İnyesta baş məşqçi olmaq qərarına gəlib
- Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
Rəylər