Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qazaxıstanlılar Avropaya vizasız səfər edə bilərlər
Qazaxıstan diplomatları ölkə vətəndaşlarının Şengen zonasına vizasız səfər etməsini təmin etmək üçün danışıqlar aparırlar.
Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarovun sözlərinə görə, Avropa ölkələri ilə vizasız rejimlə bağlı danışıqlar uzun müddətdir ki, davam edir.
“Şengen zonası ilə bağlı danışıqlar aparılır. Avropa İttifaqı ölkələrinin razılığı lazımdır. Bizdə birtərəfli qaydada (Şengen zonasından olan vətəndaşlar üçün Qazaxıstana səfər edərkən) vizasız rejim var. Biz danışıqlar aparırıq ki, bu zona da bizim üçün vizasız olun”, - deyə A.Smadiyarov jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.
Mənbə: Tengrinews.kz
Rəylər