Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
30-40 ildir Qazax sakinlərini boğaza yığan asfalt PROBLEMİ
Qazaxın Fərrux ağa Qayıbovun adını daşıyan mərkəzi küçəsi problemlərlə üzləşir.
Belə ki, küçədə nə asfalt, nə də işıqlandırma mövcuddur. Hər yeri palçıqlı vəziyyətdə olan küçə gecə saatlarında qaranlığa qərq olur.
Sakinlər bildirirlər ki, axşam saat 8-dən sonra evdən çölə çıxa bilmirlər, çünki küçə qaranlıq olduğu üçün hərəkət etmək mümkün deyil. Onlar məsələ ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etsələr də, problem həll olunmayıb.
"35-40 ildir ki, burada belə vəziyyətdə yaşayırıq. Heyvan saxlayırlar, peyin yağışla bərabər küçədən axır. Qoxudan durmaq olmur. Bilmirik, kimə müraciət edək. Dərdimizlə maraqlanan yoxdur. Yolumuz bərbad vəziyyətdədir, nəvələrimizi məktəbə apara bilmirik, palçığa batırıq", - deyə sakin narazılığını bildirib.
Ətraflı Baku TV-nin süjetində:
"Baku TV" teqi üzrə xəbərlər
- Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ
- COP29-un on birinci günü: Paris Sazişinin 6-cı maddəsi ilə bağlı razılıqlar əldə olundu
- Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - Detallar açıqlandı
- Türkiyədə tükürpərdən hadisə - Xəbərlərin 20:00 buraxılışı
- "Baku TV RU"nun baş redaktoru Natella Osmanlı Moskvada "Feyklər barədə dialoq 2.0" forumunda
Rəylər