Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Polşada sərhədçilərə qeyri-qanuni miqrantlara atəş açmağa icazə verildi
Polşa Prezidenti Andjey Duda sərhədçilərə qeyri-qanuni miqrantlara atəş açmağa icazə verib.
Oxu.Az-ın kp.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə prezident ofisinin rəhbəri Malqojata Paprotska mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, dövlət başçısı bununla bağlı müvafiq qanunu imzalayıb.
Sənəddən aydın olur ki, polyak sərhədçilər müəyyən şərtlər altında silah və ya digər birbaşa məcburetmə vasitələrindən istifadə etdikləri üçün cinayət məsuliyyətindən azad edilirlər.
"Prezident Andjey Duda sərhəddə əsgərlərin və digər xidmət əməkdaşlarının fəaliyyətinin dəstəklənməsi haqqında qanunu imzaladı", - deyə Paprotska vurğulayıb.
O, əlavə edib ki, yeni qanun dövlət sərhədini daha səmərəli qorumağa və polyak əsgərlərinin təhlükəsizliyini artırmağa imkan verəcək.
"Polşa" teqi üzrə xəbərlər
- Polşanın baş naziri: "Qarşıdakı həftələr Ukrayna üçün həlledici olacaq"
- Polşanın keçmiş prezidenti xəstəxanaya yerləşdirildi
- Polşada bomba aşkarlandı: Üç min sakin təxliyə edildi
- Azərbaycanlı futbolçu Polşa liqasında həftənin rəmzi komandasına düşüb
- Polşada iki qatar yanıb: 1000-ə yaxın insan təxliyə edilib
Rəylər