Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Plastik qablardakı suyun ziyanı - Qida mütəxəssisi təhlükəni açıqladı
"İsti havalarda plastik qablardan su içmək təhlükəlidir, çünki materialın fotodeqradasiyası baş verir".
Bu barədə rusiyalı qida istehsalı üzrə mütəxəssis, texnika elmləri namizədi Dmitri Zıkov danışıb.
Onun sözlərinə görə, nanoplastikin orqanizmə daxil olması insanlar üçün təhlükəlidir.
"Mikro və nanoplastik hissəciklər ayrılır və suyun temperaturunun artması bu prosesləri daha da sürətləndirir. Nanoplastik hüceyrə membranlarına nüfuz edərək bütün bədənə, hətta qadınlarda ana südünə və kişilərdə spermaya qədər yayılır", - deyə mütəxəssis izah edib.
Mütəxəssis qeyd edib ki, mikroplastik hissəciklər bağırsaqlarda tıxac yarada bilər və bu, qidanın sorulmasında problem törədər. Buna görə də şüşə qablarda olan içkilərdən istifadə etmək lazımdır.
Mənbə: news.ru
Rəylər