Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakının bir neçə mərkəzi rayonunda su kəsiləcək
Avqustun 30-u saat 00:00-dan başlayaraq gün ərzində Nəsimi, Xətai, Səbail rayonlarını içməli su ilə təmin edən 500 mm diametrli magistral xətdə təmir-bərpa işləri aparılacaq.
Bu barədə Oxu.Az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, bununla əlaqədar Xətai rayonunun Yusif Səfərov küçəsinin bəzi yaşayış massivlərində, Səbail rayonunun Neftçilər prospekti, Rəşid Behbudov, Bülbül, Puşkin, Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Xaqani, Nizami küçələrinin bir hissəsində, Nəsimi rayonunun Şamil Əzizbəyov, Dilarə Əliyeva, 28 May, Rəşid Behbudov, Elman Ovçuyev, Puşkin, Mehdi Mehdizadə küçələrinin, Droqal döngəsi, Azadlıq prospektinin bir hissəsində suyun verilməsində fasilə yaranacaq.
Suyun əvvəlki rejimlə verilməsi 31 avqust saat 00:00-dan sonra bərpa olunacaq.
"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (İŞBSTX)" teqi üzrə xəbərlər
- Hövsanda bu gün də su olmayacaq
- Bakının bəzi ərazilərində bir gün su olmayacaq
- Bakıda təmiz suyun illərlə küçəyə axması iddiasına RƏSMİ CAVAB: "Kanalizasiya şəbəkəsi tutulub"
- "Kanalizasiya suyu ətrafa dağılır, baxan yoxdur" - Sabunçudan ŞİKAYƏT
- Sədr müavini: "İnvestisiya çatmadığı üçün hələ də kanalizasiya şəbəkəsi olmayan ərazilər var"
Rəylər