Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Peskov: "Ukraynada sülh yolu ilə nizamlanma üçün ilkin şərtlər hələ görünmür"
"Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanması üçün real ilkin şərtlər hələ müşahidə olunmur".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov Almaniya kansleri Olaf Şoltsun Ukrayna münaqişəsi ilə bağlı danışıqlar məqamının yetişdiyi barədə sözlərini belə şərh edib.
"Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə gəlincə, hələ hansısa konturlar faktiki olaraq görünmür. Biz Avropa ölkələrindən müxtəlif bəyanatlar eşidirik, lakin əslində bütün bu prosesi idarə edən, bütün kollektiv Qərbi idarə edən ölkədən bu barədə bəyanatlar görmürük", - deyə Peskov bildirib.
"Dmitri Peskov" teqi üzrə xəbərlər
- "Storm Shadow" raketləri ilə Rusiyadakı hədəflərə zərbə endirilib? - Peskovdan açıqlama
- Peskov Putinlə Trampın danışığı barədə açıqlama verdi
- Peskovdan Putinin COP-29-da iştirakı ilə bağlı AÇIQLAMA
- Peskov Putinin planlarını açıqladı: Doğum gününü necə keçirəcək?
- Peskov: "Rusiya nüvə silahından istifadəyə hazır olmalıdır"
Rəylər