Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Paşinyan Ermənistanda yüksəkvəzifəli məmurların istefasını təsdiqlədi
Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə yüksəkrütbəli məmurdan istefa verməsini xahiş etməsi ilə bağlı mətbuatda yayılan xəbərləri təsdiqləyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Paşinyan öz "Facebook" səhifəsində yazıb.
"Hörmətli həmvətənlər, mətbuatda və sosial şəbəkələrdə ortaya çıxan kütləvi müzakirələri nəzərə alaraq, bildirməyi zəruri hesab edirəm ki, mən bir sıra yüksəkvəzifəli şəxslərdən postlarını tərk etmələrini xahiş etmişəm. Belə bir müraciətin səbəbləri şəxsi deyil, sistemli xarakter daşıyır", - deyə o bildirib.
Nikol Paşinyan, həmçinin əlavə edib ki, adları çəkilən həmkarlarının dövlətçiliyin inkişafında xidmətlərini inkar edə bilməz və hər kəsə verdiyi töhfəyə, həmçinin bu xahişi başa düşdüklərinə görə təşəkkür edib.
Xatırladaq ki, bazar günü axşam saatlarında Ermənistan KİV Paşinyanın bir neçə əsas nazir və qurum rəhbərlərini işdən çıxarmaq qərarına gəldiyini yazıb. Xüsusilə, daxili işlər naziri Vahe Kazaryan, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan, İstintaq Komitəsinin rəhbəri Argişti Kyaramyan, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan və Ərazi İdarəetmə naziri Qnel Sanosyan istefa verəcəklər.
Rəylər