Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Pakistan Şimal-Cənub dəhlizinə qoşulmağa hazırdır
"Pakistan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinə qoşulmağa hazırdır".
Bunu Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Beynəlxalq İnformasiya Texnologiyaları Forumunda çıxış edən Pakistanın Moskvadakı səfiri Məhəmməd Xalid Camali deyib.
"Biz prinsipcə layihəyə qoşulmağa razıyıq və bununla bağlı müvafiq prosedura başlamışıq", - deyə Pakistan diplomatik missiyasının rəhbəri bildirib.
Diplomat Böyük İpək Yolu marşrutunun canlandırılması perspektivlərinə də toxunub.
"Biz tarixi İpək Yolunu canlandırmağa çalışırıq. Atrıq Pakistanın sitrus meyvələrinin ilk partiyası Azərbaycan və İran vasitəsilə Dağıstana gəlib", - deyə o əlavə edib.
Mənbə: TASS
"Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi" teqi üzrə xəbərlər
- İran və Rusiya Azərbaycanla sərhəddən Fars körfəzinədək dəmir yolunun çəkilişini müzakirə edirlər
- Ramazan Abdulatipov: "Azərbaycan və Dağıstan logistikanın inkişafı üzrə aktiv iş aparır"
- İran prezidenti: "Azərbaycanla sərhəd dəhlizinin icrası tez başa çatdırılmalıdır"
- Qərbi dalana dirəyən qarşıdurma: Nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycana nə vəd edir?
- SOCAR və "Qazprom" strateji tərəfdaşlığı genişləndirmək barədə razılığa gəliblər