Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Nigeriyada etirazlarda iştiraka görə 29 uşaq edam edilə bilər
Nigeriyada 29 uşaq ölkədəki yaşayış böhranının rekord həddə çatmasına qarşı etiraz aksiyasında iştirak etdikləri üçün ölüm cəzası ilə üzləşə bilər.
Oxu.Az bu barədə "Associated Press"ə istinadən xəbər verib.
Belə ki, 76 aksiya iştirakçısı dövlətə xəyanət, əmlakın məhv edilməsi, həmçinin ictimai asayişin pozulması da daxil olmaqla 10 ağır cinayət maddəsi ilə ittiham olunub.
Onların arasında 29 nəfər yetkinlik yaşına çatmayan şəxslərdir.
Xatırladaq ki, Nigeriyada avqust ayında hökumət əleyhinə etiraz aksiyalarında azı 21 nəfər həyatını itirmişdi.
"Nigeriya" teqi üzrə xəbərlər
- COP29-da Nigeriya: "Biz ölçüləbilən tərəqqiyə nail olmalıyıq"
- Nigeriyada bina çökdü: 40-a yaxın adam dağıntılar altında qaldı
- Nigeriyada tankerin partlaması nəticəsində ölənlərin sayı 140-a çatıb
- Nigeriya futbolçuları Liviya ilə oyuna çıxmaqdan imtina edib
- Nigeriyanı daşqınlar bürüyüb: Bütöv bir əyalət köçürüldü
Ən çox oxunanlar
Rəylər