Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rusiyada avtomobili partladan şəxs Türkiyədə ələ keçdi
Rusiyada avtomobili partladaraq terror aktı törədən şəxs Bodrumda yaxalanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaya sosial şəbəkədə məlumat verib.
Əməliyyatın İnterpol/Avropolla birgə həyata keçirildiyi bildirilir.
Qeyd edək ki, Yevgeni Serebryakov adlı şəxs Moskvada bomba quraşdırılmış avtomobillə terror aktı törədərək iki nəfəri yaralayıb. Hücum sonrası o, Moskva-Bodrum reysi ilə Türkiyəyə qaçıb.
Rusiyanın paytaxtı Moskva şəhərində avtomobildə partlayış törədən şəxs Türkiyəyə qaçmağa müvəffəq olub və hazırda oradadır.
Bu barədə Oxu.Az "SHOT" "Telegram" kanalına istinadən bildirir.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) direktoru Aleksandr Bortnikov kanalla söhbətində bu faktı təsdiqləyib. Onun sözlərinə görə, Rusiya xüsusi xidmət orqanları şübhəlinin saxlanılması və ekstradisiyası ilə bağlı türkiyəli həmkarları ilə əlaqə saxlayırlar.
Moskvada avtomobilin partladılmasında şübhəli bilinən şəxsin şəxsiyyəti müəyyən edilib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin Mətbuat Xidmətindən bildirilib.
"Həmçinin şübhəli şəxsin cinayət yerinə gəldiyi avtomobil də aşkar olunub. Hazırda maşına müstəntiqlər tərəfindən baxış keçirilir", - deyə məlumatda vurğulanıb.
⚡️ Установлена личность подозреваемого по уголовному делу о подрыве автомобиля на севере Москвы.
— Новости Азербайджана (@oxuazru) July 24, 2024
ПОДРОБНОСТИ: https://t.co/vJhhwbMvuy pic.twitter.com/OusD09V1Xo
Rusiya Silahlı Qüvvələrinin 89 saylı peyk rabitə bölməsinin ötürücü radio mərkəzinin rəis müavini Andrey Torqaşov Moskvanın şimalında partlayan maşında olduğu barədə məlumatı təkzib edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə o, RT-yə danışıb.
Torqaşovun sözlərinə görə, hadisə baş verəndə o, işdə olub.
"Mənim heç vaxt "Land Cruiser"im olmayıb və yəqin ki, olmayacaq. Mən hətta o rayonda deyil, tamamilə başqa bir yerdə yaşayıram", - deyə zabit məlumatı şərh edib.
Qeyd edək ki, bundan əvvəl onun həyat yoldaşı Moskvanın şimalındakı partlayışda ərinin xəsarət alması barədə mediada yayılan məlumatı təkzib etmişdi.
RT-nin məlumatına görə maşında Torqaşovla eyni adı və soyadı daşıyan həmyaşıdı olub, lakin onların ata adları fərqlidir.
Yeri gəlmişkən, partlayışla bağlı iş Moskva üzrə Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin xüsusilə mühüm işlərin istintaqı şöbəsinə verilib.
Rusiyalı zabit Andrey Torqaşovun maşınının altına partlayıcı qurğunun qoyulduğu anın görüntüləri yayılıb.
Oxu.Az-ın verdiyi məlumata görə, kadrları "Mash" "Telegram" kanalı paylaşıb.
Bildirilir ki, yerli vaxtla saat 2:28-də açıq rəngli sviter geyinmiş gənc "Toyota Land Cruiser"ə yaxınlaşıb və sürücü oturacağının altına partlayıcı qurğu yerləşdirib. Sonra isə qaçıb.
Səhər saat 6:30-da partlayış baş verib.
Qeyd edək ki, həkimlərin sözlərinə görə, A.Torqaşov partlayışdan sonra soyuqqanlılığı və vaxtında özünə yardım etməsi sayəsində sağ qalıb. O, hələ avtomobilin içində ikən ayaqlarını sarımağa başlayıb. Daha sonra yoldan keçənlər onu maşından uzağa aparıblar və sonra da zabitin həyat yoldaşına kömək ediblər.
Rusiyada yaşayış binasının qarşısında avtomobil partlayıb. Hadisə zamanı kişi və qadın xəsarət alıblar. Bundan başqa, yaxınlıqda olan daha beş avtomobilə ciddi ziyan dəyib.
Oxu.Az-ın TASS-a istinadla məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.
"Hadisə Moskvada Sinyavinskaya küçəsində baş verib. Kişi və qadın park edilmiş "Toyota Land Cruiser" avtomobilinə mindikdə partlayış baş verib. İlkin məlumata görə, kişinin pəncələri qopub, qadın qəlpə yaraları alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər", - deyə agentliyin müsahibi deyib.
Məlumata görə xəsarət alanların şəxsiyyəti müəyyən edilib - onlar Rusiya Silahlı Qüvvələrinin 89 saylı peyk rabitə bölməsinin ötürücü radio mərkəzinin rəis müavini Andrey Torqaşov və onun həyat yoldaşı olublar.
Bu səbəbdən avtomobilin partladılması hüquq-mühafizə orqanları tərəfindən qətl cəhdi kimi qiymətləndirilib.
"Hazırda istintaq "Toyota Land Cruiser" avtomobilinin partladılmasının bir neçə versiyasını nəzərdən keçirir. Versiyalardan birinə görə, partlayış nəqliyyat vasitəsinin sahibinin xidməti fəaliyyəti ilə bağlıdır", - deyə agentliyin müsahibi deyib.
Partlayış zamanı zərərçəkmiş sürücü ağır vəziyyətdədir. O, reanimasiya şöbəsindədir. Həyat yoldaşı ciddi xəsarət almayıb. Xəstəxanada onun huşunun yerində olduğu vurğulanıb.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Almaniyadan Rusiya ilə müharibə üçün 1000 səhifəlik məxfi plan barədə RƏSMİ AÇIQLAMA
- Peskov: "Putin "sülh trayektoriyası"na giriş üçün təmaslara açıqdır"
- Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktları aşkar etməyib
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Rusiyanın hava hücumundan müdafiə sistemləri iki "Storm Shadow" raketini vurub
Rəylər