Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Moldova prezidenti məhkəməyə çağırılacaq
Moldova Prezidenti Maya Sandu və Baş nazir Dorin Reçan Kişineu aeroportunun konsessiya işi üzrə şahid qismində məhkəməyə çağırılacaqlar.
Məlumata görə, paytaxtın rayon məhkəməsi keçmiş baş nazirin vəkili Yuri Leankanın müvafiq vəsatətini təmin edib.
Moldovanın Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu Leanka və bəzi digər yüksək rütbəli məmurları aeroportun konsessiyasını keçirərkən dövlətə ziyan vurmaqda ittiham edib. İttiham tərəfi hesab edir ki, hava limanına görə dövlətə 392 milyon leidən (22 milyon dollardan) çox maddi ziyan dəyib.
Təqsirləndirilən şəxslərin müdafiəsi bu qərarı qəbul edən kabinet üzvləri Sandu və Reçanın dinlənilməsini tələb edib.
Qeyd edək ki, Kişineu hava limanı 2013-cü ildə Rusiyanın "Avia Invest" konsorsiumuna 49 il müddətinə konsessiyaya verilib. İcarəçi kompleksin inkişafına təxminən 245 milyon avro sərmayə qoymağı, hava limanında tranzit sərnişin daşımalarının həcmini ildə 1,5 milyon nəfər artırmağı, həmçinin gəlirin 1%-i həcmində dövlətə qonorar ödəməyi öhdəsinə götürüb.
Mənbə: TASS
"Maya Sandu" teqi üzrə xəbərlər
- Dünya liderləri: "Azərbaycanın COP29-a hazırlığı yüksək səviyyədədir"
- Maya Sandu: "Qlobal istiləşmə problemlərini digər böhranları həll edənə qədər kənara qoya bilmərik"
- Moldova Respublikasının prezidenti Azərbaycana səfərə gəlib
- İlham Əliyev Moldovanın yeni seçilmiş prezidentini təbrik edib
- Moldovanın dəyişməyən "qibləsi" - Kişineu yenə Brüsseli seçib