Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Makronun müttəfiqləri ondan susmasını tələb etdilər
Fransa Prezidenti Emmanuel Makronun müttəfiqləri parlament seçkisinin birinci turunda koalisiyasının uğursuzluğundan sonra ondan seçki kampaniyasını dayandırmağı istəyiblər.
Bu barədə "Politico" qəzeti mənbələrə istinadən yazıb.
"Ona dedilər ki, seçki kampaniyasını dayandırsın. Məsələ onda deyil ki, o bizim mesajımızı eşitdi, xeyr, onu eşitməyə məcbur etdilər", - deyə Fransanın Dirçəliş Partiyasının adı açıqlanmayan nümayəndəsi nəşrə bildirib.
"Reallıq budur ki, müttəfiqləri onun seçki kampaniyasında iştirak etməsini istəmirlər", - deyə nəşrdə bildirilib.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər