Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Livanda peycerlərlə bağlı qadağa tətbiq edildi
Livanın Mülki Aviasiya Baş İdarəsi təyyarə göyərtəsinə ratsiya və peycerlərin daşınmasını qadağan edib.
Oxu.Az-ın "Əl-Cəzirə" telekanalına istinadən xəbərinə görə, bu barədə qurumun müvafiq bəyanatında bildirilib.
Təyyarələri Rafik Hariri Beynəlxalq Hava Limanında istismar edilən bütün aviaşirkətlərdən tələb edilib ki, Beyrutdan uçan sərnişinlərinə növbəti xəbərdarlığa qədər hər hansı növ peycer və ya ratsiya keçirməyin qadağan olunduğu barədə məlumat versinlər. Bu cihazların baqajda və ya əl yükündə daşınması qadağandır.
Xatırladaq ki, sentyabrın 17-də minlərlə "Hizbullah" üzvünün şəxsi peycerləri partlayıb. Nəticədə ən azı dörd min nəfər yaralanıb, 12 nəfər, o cümlədən 8 yaşlı uşaq və "Hizbullah" liderlərindən birinin oğlu həyatını itirib.
"Hizbullah" hadisəni İsrailinin törətdiyini iddia edib və ətraflı araşdırma apardığını bildirib.
"Livanda peycer partlayışları" teqi üzrə xəbərlər
- İsraildən Livanda peycer partlayışları ilə əlaqədar ETİRAF
- İran təyyarələrdə rabitə vasitələrini qadağan edib
- "Emirates" öz təyyarələrində peycerləri qadağan edib
- Rusiya FTX-nin direktorundan bəyanat: "Peycerlərin MDB ölkələrində də partladılması təhlükəsi var"
- "Hizbullah" Təl-Əvivdə "Mossad" qərargahına ballistik raketlə zərbə endirdi
Rəylər