Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Krımda neft bazasında baş verən dəhşətli yanğına raket hücumu səbəb olub?
Krımın Feodosiya şəhərində yerləşən neft bazasında yanğın baş verib.
Bu barədə Oxu.Az "Baza" "Telegram" kanalına istinadən xəbər verir.
İlkin ehtimallara görə, yanğın raket hücumu nəticəsində baş verib və 3 nəfər yaralanıb. Yaralanan şəxslər xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, raket hücumu nəticəsində beş yanacaq çəni zədələnib ki, onlardan ikisi tamamilə sıradan çıxıb, üçü isə yanmağa davama edir.
Hücum səbəbindən Vladislavovka-Feodosiya hissəsində qatarların hərəkəti məhdudlaşdırılıb. Bir qatarda olan sərnişinlər avtobuslara yerləşdirilib.
Daha əvvəl neft bazasında baş verən hadisə ilə də əlaqədar iki küçədə nəqliyyatın hərəkətinin dayandırıldığı bildirmişdi. Ərazidə operativ xidmət əməkdaşları işləyirlər.
Krımın Feodosiya şəhərində neft bazasında yanğın baş verib.
Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.
İlkin məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Hadisə ilə əlaqədar iki küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Almaniyadan Rusiya ilə müharibə üçün 1000 səhifəlik məxfi plan barədə RƏSMİ AÇIQLAMA
- Peskov: "Putin "sülh trayektoriyası"na giriş üçün təmaslara açıqdır"
- Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktları aşkar etməyib
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Rusiyanın hava hücumundan müdafiə sistemləri iki "Storm Shadow" raketini vurub
Rəylər