Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ləğv olunan Bakı - Təl-Əviv reyslərinin sərnişinləri nə etməlidirlər?
Azərbaycanın milli aviadaşıyıcısı AZAL İsraildə baş verən son hadisələr və təhlükəsizlik məsələləri ilə əlaqədar Bakıdan Ben Qurion Hava Limanına (Təl-Əviv) və əks istiqamətdə reysləri dayandırıb.
Bu barədə Oxu.Az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Təl-Əvivə aviabiletləri olan sərnişinlər vəsaitlərini tam geri ala və ya biletlərini başqa reysə cəriməsiz dəyişə bilərlər.
"Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların bərpası ilə bağlı əlavə məlumat vəziyyətdən asılı olaraq açıqlanacaq. Aviaşirkət hər hansı dəyişiklik barədə dərhal sərnişinləri məlumatlandıracaq.
Sərnişinlər yeniliklər barədə xəbərdar olmaq üçün AZAL-ın Çağrı mərkəzinə müraciət edə bilərlər: [email protected].
Uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir", - deyə qurumdan bildirilib.
"Wizz Air", "British Airways" və "Azərbaycan Hava Yolları" (AZAL) Təl-Əvivin Ben-Qurion Beynəlxalq Hava Limanına uçuşları dayandırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrailin 12-ci kanalı məlumat verib.
Məlumata görə, sentyabrın 24-nə planlaşdırılan uçuşlar İsrail ilə Livanın "Hizbullah" hərəkatı arasında münaqişənin kəskinləşməsi səbəbindən ləğv edilib. Uçuşun ləğv edilməsi tarixləri dəqiqləşdirilməyib.
Xatırladaq ki, sentyabrın 23-də İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna kütləvi zərbələr endirib. Zərbələrin hədəfi "Hizbullah" təşkilatının hərbi obyektləri olub.
İsrail tərəfinin açıqlamalarına görə, zərbələr yəhudi dövlətinin şimal rayonlarının aylardır "Hizbullah" tərəfindən atəşə tutmasına cavab olaraq həyata keçirilib və nəticədə on minlərlə israilli sərhəd bölgəsindən təxliyə edilib.
"AZAL (Azərbaycan Hava Yolları)" teqi üzrə xəbərlər
- Heydər Əliyev Beynəlxalq Aeroportu COP29 çərçivəsində "Azaltma" sertifikatı əldə edib
- AZAL və "CarbonClick" aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib
- AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib
- AZAL Dubayın daha bir aeroportuna uçuşlara başlayır və Batumiyə reyslərin müddətini uzadır
- Azərbaycan və Çin arasında aviadaşımaların inkişaf perspektivləri müzakirə edilib
Rəylər