Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan və Çin arasında aviadaşımaların inkişaf perspektivləri müzakirə edilib
"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Samir Rzayev ilə Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao arasında görüş keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat Xidməti məlumat yayıb.
Görüş çərçivəsində Azərbaycan və Çin arasında aviadaşımaların inkişafı müzakirə edilib, həmçinin iki ölkə arasında sərnişin axınının artmasının müsbət dinamikası vurğulanıb.
Tədbirdə qeyd olunub ki, hazırda AZAL Bakı-Pekin-Bakı marşrutu üzrə həftədə iki dəfə uçuşlar həyata keçirir. Bununla yanaşı, 2025-ci ildən etibarən bu marşrut üzrə uçuşların tezliyinin həftədə üç dəfəyə çatdırılması planlaşdırılır ki, bu da sözügedən istiqamətdə artan tələbatın ödənməsinə zəmin yaradacaq.
Bundan əlavə, tərəflər AZAL-ın Çinə uçuş coğrafiyasının daha da genişləndirilməsi perspektivlərini, həmçinin Quançjou və Şanxay kimi böyük şəhərlərə aviareyslərin açılması imkanlarını müzakirə ediblər. Bu, həm ölkələr arasında əməkdaşlığı gücləndirəcək, həm də sərnişinlər üçün əlavə imkanlar açacaq.
Bakının Çin və Avropa arasında mühüm tranzit mərkəzi kimi roluna xüsusi diqqət yetirilib. Aviadaşımaların inkişafı həm turist axınının artmasına, həm də Azərbaycanın beynəlxalq sərnişin və yük daşımalarında tranzit rolunun gücləndirilməsinə töhfə verəcək.
"AZAL (Azərbaycan Hava Yolları)" teqi üzrə xəbərlər
- Heydər Əliyev Beynəlxalq Aeroportu COP29 çərçivəsində "Azaltma" sertifikatı əldə edib
- AZAL və "CarbonClick" aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib
- AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib
- AZAL Dubayın daha bir aeroportuna uçuşlara başlayır və Batumiyə reyslərin müddətini uzadır
- AZAL karbon emissiyalarının kompensasiyası proqramına start verir
Rəylər