Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Keniyadakı iğtişaşlarda Barak Obamanın bacısı yaralandı: Ölənlər var
Keniyada polislər və vergi artımına qarşı etiraz edən əhali arasında toqquşma yaşanıb.
Nəticədə polis qüvvələri rezin güllələrlə etirazçılara atəş açıblar. Həmçinin gözyaşardıcı qazdan da istifadə edilib.
Nümayişçilər büdcə layihəsinə səsvermənin keçirildiyi Nayrobidəki parlament binasının qarşısına toplaşıblar və tüstü bombaları partladıblar.
ABŞ-nin 44-cü prezidenti Barak Obamanın bacısı da etiraz aksiyasının iştirakçıları arasında olub və gözyaşardıcı qazdan xəsarət alıb.
Etirazçılar Keniyanın paytaxtında inzibati binaları yandırırlar.
Xarici KİV-lərdə yayılan xəbərlərə görə, etirazlar zamanı azı 8 nəfər ölüb, 50 nəfər yaralanıb.
Mənbə: "RT" "Telegram", "RİA Novosti" "Telegram"
"Barak Obama" teqi üzrə xəbərlər
- ABŞ-də qalmaqalın üstü açıldı: Gizli xidmət agenti sevgilisini Obamanın Havaydakı evinə gətirib
- Tramp "qara siyahı" hazırladı: Seçkidən sonra kimlərdən qisas alacaq?
- Barak Obama Harrisin dəstək mitinqində Eminemin repini oxuyub
- Diddi ilə seks qalmaqalı: Beyonse, Rihanna və Cennifer Lopesə kasetlər göndərilib
- Barak Obamanın qardaşı onun Nobel Sülh Mükafatını almasından təəccüblənib
Rəylər