Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Barak Obamanın qardaşı onun Nobel Sülh Mükafatını almasından təəccüblənib
ABŞ-nin keçmiş prezidenti Barak Obamanın ögey qardaşı Malik Obama onun 2009-cu il üçün Nobel Sülh Mükafatına niyə layiq görüldüyünü hələ də başa düşə bilmir.
Oxu.Az xəbər verir ki, Malik Obama bu barədə "RT"yə müsahibəsində danışıb.
"Onun prezidentliyi dövründə bütün dünya xaos içində idi və ona bu mükafatı heç bir şey etməmişdən əvvəl, prezidentliyinin ilk ilində verdilər" , - deyə eks-prezidentin qohumu aparıcının o illərdə Yaxın Şərqdəki münaqişənin qurbanları haqqında danışmasından sonra təəccübünü bildirib.
O, həmçinin qardaşını tamamilə saxta, Demokratları isə ikiüzlü adlandırıb, çünki onların vəzifədə olduqları müddətdə çox pis işlər gördüklərini vurğulayıb.
Bundan əlavə, o qeyd edib ki, Nobel Sülh Mükafatı, öz qardaşı ilə belə sülh içində yaşaya bilməyən şəxsə verilib. Malik Obama qohumunun prezident olduğu səkkiz il ərzində onu tam dəstəklədiyini, jurnalistlərlə əlaqə saxladığını, lakin sonradan başa düşdüyünü bildirib ki, bütün bunlar boş vaxt itkisi olub.
"Barak Obama" teqi üzrə xəbərlər
- ABŞ-də qalmaqalın üstü açıldı: Gizli xidmət agenti sevgilisini Obamanın Havaydakı evinə gətirib
- Tramp "qara siyahı" hazırladı: Seçkidən sonra kimlərdən qisas alacaq?
- Barak Obama Harrisin dəstək mitinqində Eminemin repini oxuyub
- Diddi ilə seks qalmaqalı: Beyonse, Rihanna və Cennifer Lopesə kasetlər göndərilib
- Yerini Harrisə verməyə Baydeni kim məcbur edib?
Rəylər