Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İtaliyanın baş nazirinin müavini: "Olimpiadanın açılışı biabırçı idi"
İtaliyanın baş nazirin müavini və infrastruktur naziri Matteo Salvini hesab edir ki, Olimpiya Oyunlarının açılış mərasimi biabırçı keçib.
"Dəhşətli başlanğıcdır, əziz fransızlar. Biabırçılıqdır", - o "X" hesabında yazıb.
Matteo Salvini, həmçinin Olimpiadanın açılışı ilə bağlı canlı yayımda İncildəki "Sonuncu şam yeməyi" süjetinə istinad edən bir parçanı şərh edərək, bunu dünyadakı milyonlarla xristianlara qarşı təhqir adlandırıb.
İtaliyanın hakim "İtaliya Qardaşları" partiyasından olan Avropa Parlamentinin deputatı Nikola Prokaççini isə Olimpiya Oyunlarının açılış mərasimini gey paradla müqayisə edib.
"Gey-parad mərasimini bəyəndim. Bilmirsiniz, Olimpiya paradı nə vaxt olacaq?" - siyasətçi "X" hesabında istehza ilə yazıb.
"İtaliyalı Qardaşları"nın senatoru Luço Malan "X" hesabında İncildəki "Sonuncu şam yeməyi"nin süjetini təqlid edən səhnəyə işarə edərək yazıb ki, Parisdəki mərasim Fransa və Avropanı utanmağa məcbur edir.
Parisdə Olimpiya Oyunlarının açılış mərasimi əvvəl adət olduğu kimi stadionda deyil, qonaqların, o cümlədən yüksəkvəzifəli məmurların yağış altında dayandığı Sena sahilində açılıb. Onların arasında İtaliya Prezidenti Serco Mattarella da olub. Milli yığmanın bir neçə idmançısı Sena boyunca qayıqla üzdükdən sonra o, mərasimi tərk edib.
Qeyd edək ki, Olimpiya Oyunları avqustun 11-dək davam edəcək.
"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- Türkiyə millisinin şərəfini qoruyan Ramil Quliyev karyerasını başa vurub
- Çingiz Hüseynzadə: "Hakimlər də insandır, səhv edirlər"
- Aleksandr Tarakanov: "Bir gündə üç dəfə Azərbaycan himni səsləndi, hər kəsi heyrətləndirdik"
- Ukraynalı atlet Yaroslava Maquçixin dünya rekordu təsdiqlənib
- Gender testindən keçə bilməyən İman Xəlif peşəkar boksa üz tutacaq
Rəylər