Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İsxak Hersoq: “İsrail vətəndaşlarının təhlükəsizliyi üçün bütün vasitələrdən istifadə edəcək”
İsrail prezidenti İsxak Hersoq Fələstinin HƏMAS hərəkatı ilə girovların azad edilməsi və atəşkəs haqqında razılaşmanın bağlanmasını alqışlayıb.
“Bu razılaşma bizim mənəvi borcumuzdur və bu, girovların azad edilməsinin İsrail üçün son dərəcə vacib olduğunu göstərir. Ümid edirəm ki, bu, bütün girovların evlərinə qayıtması istiqamətində ilk addım olacaq. İsrail dövləti, İsrail Müdafiə və Təhlükəsizlik qüvvələri fəaliyyətini davam etdirəcək və təkcə bu məqsədə çatmaq üçün deyil, həm də İsrail vətəndaşlarının təhlükəsizliyi üçün bütün vasitələrdən istifadə edəcək”, - deyə yəhudi dövlətinin prezidenti vurğulayıb.
Mənbə: TASS
"Fələstin" teqi üzrə xəbərlər
- "İraq İslam Müqaviməti" hərəkatı üç dəfə İsrail hədəflərinə hücum edib
- İsrail müharibənin mərkəzini Qəzzadan Livana dəyişir: "Qarşıdurma qaçılmaz olacaq"
- Fələstin prezidenti Qəzzaya buraxılmadı
- Suriya fələstinlilər üçün viza tələbini ləğv etdi
- Türkiyəli professor: "HƏMAS uzun illər Yaxın Şərq və Fələstin siyasətində ən mühüm aktor olacaq"
Rəylər