Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"İraq İslam Müqaviməti" hərəkatı üç dəfə İsrail hədəflərinə hücum edib
"İraq İslam Müqaviməti" hərəkatına mənsub radikal birləşmələr pilotsuz uçuş aparatları (PUA) vasitəsilə İsrailə üç hücum həyata keçirib.
Oxu.Az -ın xəbərinə görə, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı məlumat verib.
Telekanal qeyd edir ki, "İraq İslam Müqaviməti" işğal altındakı Colan təpələri və İsrailin şimalındakı həyati əhəmiyyətli hədəflərə, eləcə də ölkənin cənubundakı hərbi obyektə PUA zərbələri endirib.
Qeyd edək ki, daha əvvəl qruplaşma öz "Telegram" kanalında PUA-dan istifadə etməklə işğal olunmuş ərazilərin cənubundakı hərbi obyektə hücum etdiyini bildirmişdi.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və insanların girov götürülməsi nəticəsində bölgədə vəziyyətin gərginləşməsindən sonra İraqdakı radikal qruplar öz fəallıqlarını artırıb.
İsrail Qəzzanın tam mühasirəyə alındığını elan edərək, əraziyə, eləcə də Livanın və Suriyanın ayrı-ayrı bölgələrinə zərbələr endirməyə başlayıb, bundan sonra isə anklavda quru əməliyyatına başlayıb.
İranın dəstəklədiyi "İraq İslam Müqaviməti" Qəzza və Livana hücumlarını gücləndirən İsrailə qarşı hücumlarını artırıb. Fələstin və Livan xalqı ilə həmrəylik nümayiş etdirdiyini bəyan edən qruplaşma, həmçinin İraq və Suriyadakı ABŞ hərbçilərinə qarşı da vaxtaşırı raket və PUA hücumları həyata keçirir.
"İsrail - Livan gərginliyi" teqi üzrə xəbərlər
- İsrail Livana hava zərbələri endirdi: 50-yə yaxın ölən var
- "Hizbullah" İsraillə danışıqlar üçün şərt qoydu
- İsrail ordusu Livanda biznes mərkəzinə hücum etdi: Ölən və yaralananlar var
- İsrail ilk dəfə olaraq Livana ağır artilleriya yeritdi
- Beyruta endirilən zərbələr nəticəsində altı nəfər öldü, 36 nəfər yaralandı
Rəylər