Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İsveçdə Qurani-Kərimi yandıran Salvan Momika ölü tapıldı - FOTO/VİDEO
İsveçdə bir neçə dəfə Qurani-Kərim kitabını xalqın gözü qarşısında yandıran iraqlı qaçqın Salvan Momika Norveçdə ölü tapılıb.
Bu barədə “The Economic Times” nəşrində məlumat verilib.
Məlumata görə, iraqlı qaçqın və Quran tənqidçisi Salvan Sabah Matti Momika daha əvvəl İsveçin deportasiya əmrindən sonra Norveçdən sığınacaq istəyib.
Momikanın hərəkətləri qlobal səviyyədə hiddət doğurub və İsveçin NATO-ya daxil olmasını gecikdirib. O, ölkədən getməsinin səbəbi kimi, İsveç hakimiyyət orqanlarının onu təqib etdiklərini deyib.
“Momikanın ölümü, söz azadlığı və sığınacaq hüquqları ilə bağlı beynəlxalq müzakirələrə səbəb olan mübahisəli fiqurun sonu deməkdir”, - deyə nəşr yazıb.
Rəylər