Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İsti gələcək: 2024-cü il bütün temperatur rekordlarını qırır
2024-cü il müşahidələr tarixində ən isti il olacaq və ilk dəfə olaraq qlobal orta temperaturun sənayeləşməyə qədərki səviyyəsini 1.5°C keçəcək.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Avropa İttifaqının "Kopernik" İqlim Dəyişikliyi Müşahidə Xidmətindən bildirilib.
O da vurğulanıb ki, 2024-cü ilin yayı da müşahidələr tarixində ən isti yay olub. İyun-avqust aylarında orta temperatur 1991-2020-ci illər dövrü üçün qəbul edilmiş normadan 0.69°C yüksək olub. 17 iyulda ortagünlük qlobal temperatur 17.16°C-yə çataraq əvvəlki maksimumu 0.07°C üstələyib.
İqlimşünaslar bu rekordları 2024-cü ilin ortalarına qədər gözlənilən və dünya miqyasında temperaturların artmasına səbəb olan El-Ninyo hadisəsinin təsiri ilə əlaqələndirirlər.
Lakin ekspertlər qeyd edirlər ki, belə rekord göstəricilər insan fəaliyyətindən qaynaqlanan qlobal istiləşmə tendensiyasının yalnız bir hissəsidir. Onlar xəbərdarlıq edirlər ki, əgər istixana qazı emissiyalarının azaldılması üçün təcili tədbirlər görülməzsə, bu cür ekstremal temperatur hadisələri güclənəcək və ekosistemlərlə bəşəriyyət üçün dağıdıcı nəticələrə səbəb olacaq.
Rəylər