Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İsraildən İrana cavab zərbəsi XƏBƏRDARLIĞI
"İsrail Ordusu İrandan yeni bir hücum olacağı təqdirdə, əvvəllər istifadə etmədiyi imkanlardan istifadə edərək, hələ hücum etmədiyi hədəflərə cavab zərbələri endirəcək".
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat Xidməti məlumat yayıb.
"Əgər İran səhv edib İsrailə növbəti raket hücumu etsə, biz yenidən İrana necə çatacağımızı biləcək və keçən dəfə istifadə etmədiyimiz imkanlardan istifadə edərək həm onların imkanlarına, həm də bizim əvvəl dəymədiyimiz hədəflərə çox güclü zərbə vuracağıq", - İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi Ramon Hərbi Hava Qüvvələri bazasına səfəri zamanı deyib.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İsrail İranın HƏMAS-a maliyyə yardımına və 7 oktyabr hücumlarına dəstəyinə aid sənədləri ələ keçirib
- Ayətullah Sistani İran-İsrail gərginliyi fonunda İraqın siyasəti ilə bağlı danışdı
- İran prezidenti: "Onların bizə hücuma cəsarət etməmələri üçün raketlərimiz var"
- Təbrizdəki ballistik raket bazası yaxınlığında hərbi texnikaların daşınması görüntüləri yayıldı
- İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər
Rəylər