Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İsraildə Müdafiə və Xarici İşlər nazirliklərinin yeni rəhbərləri təyin edildi
Knesset (parlament) İsrael Katsın yeni müdafiə naziri, Gideon Saarın isə yəhudi dövlətinin XİN rəhbəri təyin olunmasını təsdiqləyib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Ynet" məlumat yayıb.
Məlumatda qeyd olunub ki, parlamentin iclası Baş nazir Benyamin Netanyahunun əvvəlki müdafiə naziri Yoav Qalantın istefası barədə qərarının noyabrın 7-də qüvvəyə minməsindən dərhal sonra başlayıb. Knesset hökumətdəki dəyişiklikləri təsdiqləyib.
Nəşrin məlumatına görə, yeni nazirlərin təyin olunmasını 58 deputat dəstəkləyib, müxalifət səsverməyə qatılmayıb.
Həmçinin Sağçı Dövlətçilər Yeni Ümid Partiyasından olan deputat Zeev Elkin İsrailin şimal və cənub rayonlarının bərpasına cavabdeh olacaq maliyyə naziri vəzifəsinə təsdiq edilib.
"İsrail" teqi üzrə xəbərlər
- COP29: İsrailin aerokosmik şirkəti Azərbaycanla əməkdaşlığı gücləndirir
- İsrail Müdafiə Qüvvələri Qəzzada "İslami Cihad"ın baş komandirini məhv etdi
- İsrail rəsmisi Netanyahunun həbsinə order verilməsi ilə bağlı: "Müharibənin tərəfini tutdu"
- Livan və "Hizbullah" ABŞ-nin təklifi ilə razılaşdılar
- Husilər Təl-Əviv və Aşkelona zərbə endiriblər
Rəylər